Hamımız Rusiyanın qapısında növbəyə duracağıqbackend

Hamımız Rusiyanın qapısında növbəyə duracağıq

ABŞ yaxın bir neçə ildə daxili tələbatın artması səbəbindən maye qaz ixracını dayandıracaq.

KONKRET.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən BMT-nin İqlim Konfransı (COP29) çərçivəsində liderlərin sammitində serb jurnalistlərə açıqlamasında deyib.

“3-4 ildən sonra Amerika artıq mayeləşdirilmiş təbii qaz ixrac edə bilməyəcək. Onu süni intellektin artan istehlakı, elektrik doldurma stansiyaları və başqa hər şey üçün istifadə edəcək. Bəs onda biz nə edəcəyik? Rusiya qazını qadağan edənlərin hamısı Moskvanın qarşısında növbəyə duraraq deyəcək: “Qışdan sağ çıxa bilmək üçün qazı bizə qaytarın”. Trampın qələbəsindən sonra neft qiymətləri bir qədər ucuzlaşsa da, qazın qiyməti çox qalxdı – artıq min kubmetr üçün 485 dollardır”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*