Xalq artisti Fəxrəddin Manafov həyat yoldaşı Vahidə Sadıqovanın Təzəpir məscidində keçirilən vida mərasimində çəkiliş olunmasını istəməyib.
KONKRET.az xəbər verir ki, sənətçi bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Allah rəhmət eləsin! Hamımıza ağırdır. Çəkiliş olmasını istəmirik, anlayışla qarşılayacağınıza inanıram”, – Xalq artisti qeyd edib.