Hansı ölkələr Qarabağ bölgəsinə investisiya yatıracaq? – SİYAHIbackend

Hansı ölkələr Qarabağ bölgəsinə investisiya yatıracaq? - SİYAHI

Qarabağ bölgəsindəki tarixi torpaqlar azad edildikdən sonra Azərbaycan hökuməti Ermənistan tərəfindən işğal edilmiş və viran qoyulmuş ərazilərin bərpası planlarını təbliğ edir. Prezident İlham Əliyev Qarabağ bölgəsinin bərpasının Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını deyib və 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təxminən 30 illik işğalı dövründə ciddi şəkildə zərər görmüş bölgələrin dirçəldilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Rəsmi məlumatlara görə 700 tarix və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və sənət məktəbi, 100 mindən çox əsərin olduğu 22 muzey, dörd sənət qalereyası, dörd teatr, iki konsert salonu və on minlərlə yaşayış binaları 1991-2020-ci illər ərzində  zədələnib və ya dağıdılıb. Ağdam, Füzuli, Cəbrayıl, ZəngilanQubadlı bölgələrinin bütün infrastrukturu praktik olaraq məhv edilib. Dağıdılan obyektlərin ümumi dəyəri on milyard dollar olaraq qiymətləndirilir.

Zərərlərin hesablanmasına Cəbrayıl, Füzuli, Zəngilan, QubadlıŞuşa şəhərləri də daxil olmaqla 300-dən çox yaşayış məntəqəsi azad edildikdən sonra başlanılıb.

Azərbaycan hökuməti artıq azad edilmiş torpaqları bərpa etmək üçün “Böyük qayıdış” adlı genişmiqyaslı bir kampaniyaya başlayıb. Cari ilin dövlət büdcəsindən bu ərazilərin bərpası və yenidən qurulması üçün 1,3 milyard dollar ayrılıb. Füzulidə yeni avtomobil yolunun və hava limanının inşasının təməli qoyulub. Tərtər bölgəsinin Talış və Suğovuşan kəndlərində yeni yolların inşası işləri başlayıb. Bu il Qarabağ bölgəsinin müxtəlif yerlərində bir sıra iqtisadi və mədəni tədbirlərin təşkili təklif olunur.

Ölkə rəhbərliyi müharibə şəraitində olan bölgəni bərpa etmək üçün həm milli, həm də xarici investisiyalara ümid bəsləyir. Hökumət bölgəni yenidən qurmağa xarici xarici investisiyalar cəlb etmək üçün hüquqi prosedurların sadələşdirilməsinə, qanunvericiliyə dəyişikliklərin edilməsinə və sifariş edilmiş tikinti materiallarının bazar qiymətlərinin yenilənməsinə çalışır. Müqavilə orqanı tərəfindən baza qiymətinin təklif olunduğu Türk modelinin inşaat tenderlərində tətbiq ediləcəyi bildirilir.

Artıq bir neçə ölkə azad edilmiş ərazilərin bərpasına dəstək verməkdə maraqlı olduqlarını bildiriblər. Türk şirkətləri Füzuli – Şuşa yeni avtomobil yolunu inşa edirlər. Azərbaycan İnnovasiya Agentliyi Türkiyənin qabaqcıl texnoparkı GOSB ilə Qarabağ bölgəsində qabaqcıl tədqiqat və yüksək texnoloji cihazların istehsalının həyata keçiriləcəyi ortaq yüksək texnoloji parkın yaradılması barədə anlaşma memorandumu imzalanıb.

Türkiyənin dövlət “Ziraat Bankı” Azərbaycanın Şuşa şəhərində bir filial açmaq niyyətindədir. Azərbaycandakı bank rəsmiləri daxili prosedurların tamamlandığını və Azərbaycan səlahiyyətlilərindən lazımi icazə alındıqdan sonra Şuşada bir filialın açılacağını söyləyiblər. Bank nümayəndələrinin sözlərinə görə, açılış tarixi Bakının qərarından asılıdır. Bu arada, Türkiyədəki qabaqcıl təşəbbüskarları birləşdirən TÜMKİAD Türk Dərnəyinin sədri azad edilmiş torpaqlara 50 milyon dollar sərmayə yatırmağı planladığını açıqlayıb. Toxuculuq istehsalı çoxmilyonluq investisiyalar üçün əsas sahə olaraq təyin olunub.

İngiltərə hökuməti də Qarabağ bölgəsinin texnoloji inkişafına dəstək verməyə sadiqdir. Krallığın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan hökumətinin nümayəndələri ilə bölgədə “ağıllı şəhərlər” in yaradılmasını müzakirə edib.

İtaliyanın Ansaldo Energia şirkəti dekabr ayında Qarabağ bölgəsindəki dörd yarımstansiya üçün avadanlıq tədarükü üçün 6 milyon dollar müqavilə almışdı. Hər birinin gücü 110 kilovat olan yarımstansiyalar erməni işğalından azad edilmiş Ağdam, Füzuli, QubadlıKəlbəcər bölgələrində yerləşəcək. Avadanlıqların çatdırılması mart ayının sonunadək başa çatdırılmalı və obyektlər 2021 iyun ayının sonunda tikilib-istifadəyə veriləcək.

Macarıstan hökuməti də yenidənqurma işlərinə qoşulmaq istəyir. Ölkənin Xarici İşlər və Ticarət naziri Peter Siyarto ötən həftə Azərbaycanın əmək naziri ilə onlayn görüş keçirib. Tərəflər macar şirkətlərinin yenidənqurma layihələrinə cəlb edilməsi variantlarını müzakirə ediblər. Siyartoya görə, Milli “Exim Bank” artıq azad edilmiş Azərbaycan torpaqlarının bərpasında iştirak etmək niyyətində olan Macarıstan şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Bundan əlavə, nazirə görə, Macarıstan hökuməti müharibənin nəticələrini aradan qaldırmaq üçün bir vaxtlar işğal olunmuş ərazilərdə minalardan təmizləmə əməliyyatlarının aparılmasına kömək üçün 25.000 avro yardım təklif edib.

Mətbuatda yer alan məlumatlara görə, İsrail, Yaponiya və İran şirkətləri də yenidənqurma layihələrinə investisiya yatırmağa hazırdır.

“Vestnik Kavkaza” nəşri 24 yanvar 2021,

Tərcümə etdi: Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*