“Hansı statusla olursa-olsun, “Arsax” Azərbaycanın bir hissəsi ola bilməz” – Ermənistan MEAbackend

"Hansı statusla olursa-olsun, "Arsax" Azərbaycanın bir hissəsi ola bilməz" - Ermənistan MEA

“Hansı statusla olursa-olsun, “Arsax” Azərbaycanın bir hissəsi ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu sayıqlama Ermənistanın Milli Elmlər Akademiyasına məxsusdur. Erməni “alimlər” bu gün absurd bəyanat yayıblar.

Həmin sərsəm bəyanatda deyilir:

“Əgər “Arsax” Azərbaycan dövlətinin bir hissəsi olarsa, “Arsax” ermənilərin sürətlə qovulması, vətənlərinin əlindən alınması və soyqırımı ilə üzləşəcək.

Hər hansı bir statusa malik “Arsax” bir neçə nəsildən bəri öz vətəndaşlarını qızğın ermənifobiya mühitində tərbiyə edən dövlətin bir hissəsi ola bilməz.

Ermənistan “Arsax” xalqının təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinin təminatçısıdır. Biz bu fundamental prinsipdən əl çəkə bilmərik”.

P.S. Yeməkdən ümid yaxşıdır. Azərbaycan təmkinini pozmadan işini görür, tikir, qurur, yaradır. Ermənilər də boş-boş danışmaqlarında olsunlar. Keçinin əcəli çatıb deyəsən…

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*