Harold Pinterə “Nobel” qazandıran nitq: O, Buş və Bleyerə İraqa hücumla bağlı nələr demişdi?backend

Harold Pinterə "Nobel" qazandıran nitq: O, Buş və Bleyerə İraqa hücumla bağlı nələr demişdi?

Ən maraqlı Nobel nitqlərindən biri ingilis dramaturqu Harold Pinterə məxsusdur.

Nobel komitəsi Harold Pinteri mükafatla təltif etməklə, milyonlarla insanın eşitmək imkanı olan tribunasını ona təqdim etdi. Nobel nitqində Pinter özünün müharibə əleyhinə tezislərini təkrar etdi. İnanmaq olar ki, 15 dekabr 2005-ci ildə prezident Buşun İraqdakı müharibənin şübhəli, son nəticə etibarilə səhv məlumatlar əsasında başlandığını və 30000 dinc İraq vətəndaşının (həqiqi rəqəm 120000 qurbanı ötsə də) həlak olduğunu etiraf etməsində Harold Pinterin də xidməti var.

Dramaturq nitqinin əsas hissəsini bu amansız müharibəyə həsr etmişdir:

“İraqa hücum banditizm aktıdır. Açıq-aşkar dövlət səviyyəli terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, ictimai rəylə biabırçı manipulyasiya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd Yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndirmək məqsədini güdür. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz «kütləvi qırğın» kimi təsnifatlandırılsın. Və siz hərbi cinayətkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu kifayətdir. Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nın Beynəlxalq məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil. O, BMT-nin Beynəlxalq məhkəməsini ratifikasiya etməyib. O, hətta xəbərdarlıq edib ki, hansısa Amerika əsgəri yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz-piyada qoşunu göndərəcək. Lakin Bleyer BMT-nin Beynəlxalq məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm: London, Dauninq-strit, ev 10.

Müharibə başlayanda Britaniya qəzetlərinin birinci səhifəsində Bleyerin iraqlı körpəni qucağına götürüb üzündən öpməsi şəkli geniş yer aldı. Bir neçə gün sonra isə qəzetlərdən birinin səhifəsində evlərinə mərmi düşməsi nəticəsində iki qolunu itirmiş uşaq şəkli verildi. Məhv olmuş ailədən sağ qalan bu uşaq «Mənim nə vaxt qələmim olacaq?»-sualını verir. Bu körpəni Bleyer qucağına götürmür, ona nəvaziş göstərmir. Çünki qalstuku və köynəyi qana bulaşar».
«Baxın bütün ABŞ prezidentləri televiziya çıxışlarında «amerika xalqı» sözünü işlədirlər». Məsələn: «Mən amerika xalqına deyirəm, amerika xalqının hüquqlarını müdafiə etmək üçün dualar daha bəsdir, xahiş edirəm ki, xalqın adından addım atmağa hazırlaşan prezidentin fəaliyyətinə dəstək verəsiniz». Gözəl və hiyləgər gedişdir. «Amerika xalqı sözü həqiqətdə rahat və təsəlliverici yastığa xidmət edir. Onda düşünmək lazım gəlmir. Başınızın altındakı yastığı kənara tullayın. Onun rahat olmasına baxmayın, o, sizin tənqidi düşüncə qabiliyyətinizi boğur. Əlbəttə bu səfalət içərisində yaşayan 40 milyon xalqa, böyük türmələrdə yatan 2 milyondan çox qadın və kişiyə aid deyil”.

Onun vətəndaş mövqeyi, dönməzliyi, çox adamın deyə bilmədiyi fikirləri sübut etdi ki, Nobel komitəsi böyük yaradıcılıq qabiliyyəti ilə yanaşı, həm də möhkəm əqidəyə malik və azad düşüncəli insanlara önəm verməkdə davam edir. Belə insanların bircə məqsədi olur: düşdüyü şərait, zaman və məkandan asılı olmayaraq həqiqəti söyləmək və onu müdafiə etmək.

Etibar Əliyev,

millət vəkili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*