“Harri Potter”in yazarı koronavirusa yoluxdubackend

“Harri Potter”in yazarı koronavirusa yoluxdu

“Harri Potter” seriyasının yazıçısı Coan Roulinq koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, yazıçı bunu öz “Twitter” səhifəsində açıqlayıb.

Səhifəsində respirator simptomları yüngülləşdirməyə dair video paylaşan 54 yaşlı C.Roulinq özünün də xəstələndiyini vurğulayıb: “Testdən keçməsəm də, son iki həftədə məndə COVID-19-un simptomları olub və artıq tamamilə sağalmışam”.

Britaniyalı Coan Roulinq dünyanın 65-dən çox dilinə tərcümə edilən “Harri Potter” seriyasının yazarı kimi tanınır. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır. Eyni zamanda bir müddət dünyanın ən zəngin qadını olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*