Noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampa uduzan Kamala Harris siyasi karyerasını davam etdirəcək.
KONKRET.az “Newsweek”ə istinadən xəbər verir ki, onun Kaliforniya qubernatoru olması ehtimalı var.
Bundan əvvəl Harrisin ABŞ Ali Məhkəməsinin hakimi ola biləcəyi iddia olunurdu.
Hazırda Kaliforniya qubernatoru Gavin Newsomun səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Bu, Harrisə doğma ştatına qayıtmaq və həmin ştatın icra hakimiyyətinə başçılıq etmək imkanı verir.
O qubernator olarsa, 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürə biləcək.
Məlik,
KONKRET.az