Moskvanın “Vnukovo” hava limanında 32 yaşlı erməni saxlanılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, o, təxminən 2 kiloqram ağırlığında (999 əyarlı) qızıl zəncirini Türkiyəyə aparmaq istəyərkən tutulub.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, saxlanılan şəxs hava şəraitinə uyğun geyinməyib və nəzərəçarpacaq dərəcədə əsəbi olub.
Belə ki, gömrük əməkdaşları qızıl zənciri onun boynunda tapıb. Malın cəmi 50 min rubl olduğunu iddia edən qaçaqmalçıdan 9 milyon rubl dəyərində qızıl götürülüb.
İqbal Rzayev,
KONKRET.az