Hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT – RƏSMİbackend

Hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT - RƏSMİ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 1-dən 2-si axşamadək küləkli hava şəraiti ilə əlaqədar Bakı və Abşeron yarımadası üçün narıncı xəbərdarlıq verilib, digər bölgələrdə isə küləklə yanaşı ayrı-ayrı yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi bildirilib.

KONKRET.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

“Hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir.

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*