Hava şəraiti ilə bağlı SON VƏZİYYƏT – 17 dərəcə şaxta…backend

Hava şəraiti ilə bağlı SON VƏZİYYƏT - 17 dərəcə şaxta...

Fevralın 23-ü saat 15:00-a olan faktiki hava proqnozuna əsasən, Azərbaycanın bir çox bölgəsində qarlı və şaxtalı hava şəraiti davam edir. 

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda qar yağışı müşahidə olunur.

Hal-hazırda qar yağışı aşağıdakı ərazilərdə müşahidə olunur:

Bakı və Abşeron yarımadası

Qarabağ bölgəsi: Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı

Naxçıvan Muxtar Respublikası: Naxçıvan, Şahbuz, Sədərək

Qərb bölgəsi: Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa

Şimal-Qərb bölgəsi: Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı

Mərkəzi bölgə: Şamaxı, Qobustan, Göyçay, Zərdab, Bərdə, Mingəçevir, Yevlax, Tərtər, Ağdam

Şimal bölgəsi: Quba, Xaçmaz, Qobustan, Şabran, Altıağac, Xaltan, Şahdağ, Xınalıq

Cənub bölgəsi: Yardımlı, Lerik, Lənkəran, Astara

Aran bölgəsi: Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Beyləqan

Mövcud hava şəraitində ölkənin müxtəlif bölgələrində temperatur fərqliliyi müşahidə olunur:

Bakı və Abşeron yarımadasında: -2°C

Aran rayonlarında: -2°C

Naxçıvan Muxtar Respublikasında: -7°C

Dağlıq rayonlarda: -11°C

Yüksək dağlıq ərazilərdə: -17°C

Hava Şəraiti ilə Bağlı Tövsiyələr

Sürücülərə buzlu yollar və sürüşmə riski nəzərə alınaraq diqqətli olmaları və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.

Qarlı və buzlu ərazilərdə piyadalara ehtiyatlı hərəkət etmək və sürüşmə riskindən qorunmaq məqsədilə təhlükəsizlik tədbirlərinə əməl etmək vacibdir.

Sərnişinlərə ictimai nəqliyyatda mümkün gecikmələrə qarşı anlayışla yanaşmaq tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*