Saat 13:25-ə olan məlumata əsasən, hazırda paytaxt Bakının bəzi yerlərində buludlu hava şəraiti müşahidə olunur.
KONKRET.az Meteo.az-a istinadən xəbər verir ki, bu gün havanın temperaturu gecə -3°, gündüz isə -1°-dək şaxta olacaq, mülayim külək əsəcək.
Sabah gecə -2°, gündüz 0°, martın 1-i gecə -3°, gündüz 0°, martın 2-si gecə -3°, gündüz -1°-dək şaxta olacaq.
Martın 3-dən etibarən hava temperaturunun istiləşəcəyi proqnozlaşdırılır.
Belə ki, 3 martda gecə -2°, gündüz +4°, martın 4-də gecə +1°, gündüz +6°, martın 5-də isə gecə +2°, gündüz +7°-dək isti olacaq.