“Hayastan” Fondunun direktor müavini Azərbaycana gəldi – Erməni özbaşınalığı davam edirbackend

"Hayastan" Fondunun direktor müavini Azərbaycana gəldi - Erməni özbaşınalığı davam edir

“Hayastan” Ümumerməni Fondunun direktor müavini Ararat Xlxatyan Azərbaycana gəldi.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Xankəndidə Arayik Arutyunyan və Aram Sarkisyanla görüşdə Ararat Xlxatyan Qarabağın ermənilər yaşayan hissəsində bir sıra tikinti layihələri ilə bağlı müzakirələrə başlayıb.

Xəbərdə daha sonra deyilir ki, Fondun sponsorluğu ilə Xankəndidə bir neçə yaşayış binasının tikintisi üçün tender keçirilib. O, Əsgəran bölgəsindəki bir sıra yeni qəsəbələrin dizayn mərhələsində olduğunu açıqlayıb. Avtomobil yollarının yenidən asfaltlanması üçün bir sıra icmalarla danışıqlar yekunlaşıb.

Arayik Arutyunyan isə deyib ki, Qırmızı Bazar kəndinin strateji əhəmiyyəti nəzərə alınaraq yaxın günlərdə burada fond hesabına 100 yaşayış binası inşa ediləcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*