“Hayastani Anrapetutyun”: “Türkiyə-Suriya və Ermənistan-Azərbaycan münaqişələri ilə yanaşı…”backend

"Hayastani Anrapetutyun": "Türkiyə-Suriya və Ermənistan-Azərbaycan münaqişələri ilə yanaşı..."

“Dəfələrlə bildirmişdik ki, Ankaranın addımları təəssüf ki, reallığa çevrilən İslam Dövləti terror qruplaşmasının fəallaşmasına öz töhfəsini verəcək”. KONKRET.az xəbər verir ki, bu barədə Hayastani Anrapetutyun qəzeti yazıb: “Bu günlərdə terrorçular Qamışlının erməni katolik icmasının ruhani keşişi Hovsep Petoyan və keşiş İbrahim Petoyanı öldürüblər.

Qəzet vurğulayır ki, bu hadisə Suriya hökuməti tərəfindən kəskin şəkildə qınanıb, Türkiyə tərəfi isə qarşıdurmanı qızışdırmağa davam edir.

Qəzet hesab edir ki, bölgədə hələ də davam edən Türkiyə-Suriya və dondurulmuş Ermənistan-Azərbaycan münaqişələri ilə yanaşı, başqa bir beynəlxalq gündəm təsdiqlənərsə, Fələstin-İsrail münaqişəsi yenidən başlaya bilər …

Hadisələrin kəskinləşməsi qaçılmazdır və unutmamalıyıq ki, Avropa ölkələrinin əksəriyyəti öz maraqlarını Avropa və Asiyanın qovuşuğunda – Yaxın Şərqdə həyata keçirdikləri üçün Ermənistanla daha yaxın münasibətlərdə maraqlıdırlar.

“Ölkəmizin rolunun əhəmiyyətini bir daha vurğulamaq üçün xatırladaq ki, keçmişdə bu yol kəsişməsində fərqli bir ad var idi – Ermənistan Yaylası. Yeni İpək Yolu layihəsində Ermənistanın rolu və əhəmiyyətinin həddən artıq qiymətləndirildiyi çox vacibdir, Çin özü də Ermənistanın rolunu təbliğ edir … “, – deyə qəzet yazır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*