Hayk Qabrielyan: “Münaqişənin həlli üçün yeni formatın yaradılmasına hazır olmalıyıq”backend

Hayk Qabrielyan: “Münaqişənin həlli üçün yeni formatın yaradılmasına hazır olmalıyıq”

“Türkiyə Suriyadakı hədəflərinə çatdığına görə, daha çox Cənubi Qafqaza diqqət ayıracaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Hayk Qabrielyan bildirib.

Ekspert vurğulayıb ki, Türkiyə bu çərçivədə Rusiya ilə dialoq aparmağın lazım olduğunu başa düşür və Rusiyanı öz planlarına cəlb etmək üçün metodiki tədbirlər görür: “Mən Ərdoğan və Çavuşoğlunun istədiyi təqdirdə Moskvanın Qarabağ münaqişəsini “həll edə biləcəyinə” dair açıqlamalarını nəzərdə tuturam”.

O qeyd edib ki, Türkiyə tərəfinin bu cür açıqlamaları Azərbaycanın özündən (məsələn, Qarabağ Azərbaycandır!) daha çox təhlükəlidir.

Ekspert hesab edir ki, Ermənistan Cənubi Qafqazda Rusiya və Türkiyənin “Astana” formatının yaradılması ehtimalına hazır olmalıdır.

Çünki Suriyada olduğu kimi, bölgədəki problemlərin yalnız bölgə ölkələri tərəfindən həll edilməli olduğunu göstərmək üçün Türkiyə Minsk Qrupuna qarşı çıxır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*