“Hazırda türklər Sisyan ərazisində, Qara gölün üstündə, “Ağbaba dağı” hissəsindədirlər – Sarkisyandan ETİRAFbackend

“Hazırda türklər Sisyan ərazisində, Qara gölün üstündə, “Ağbaba dağı” hissəsindədirlər – Sarkisyandan ETİRAF

“Hazırda türklər Sisiyanın (Qarakilsə) inzibati ərazisində, Qara gölün üstündə, İşxanasar (Ağbaba dağı) hissəsindədirlər”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə  Sisiyanın keçmiş meri Artur Sarkisyan jurnalistlərə müsahibəsində deyib.

“Biz dedik ki, problemləri həll etmək lazımdır. Elə bir vəziyyət yaranmasın ki, türklər sərhədi keçib Ermənistanın içərilərinə doğru irəliləsinlər. Əgər bu problemlər vaxtında, yəni bizim tələb etdiyimiz kimi noyabrın 9-dan sonra həll olunsaydı, o zaman türklər mayın 12-də irəliləyə bilməzdi” – deyə Artur Sarkisyan vurğulayıb.

“Müdafiə naziri Vaqarşak Arutyunyan dekabrın 17-də Gorusa gəldi və hamımızı dəvət etdi. Dedi ki, hamınıza vaxt verirəm, sabah saat 5:00-a qədər vəzifənizdən imtina etməlisiniz. Bu bizim narahatlığımıza səbəb oldu. Nazirə dedim ki, bir aydan sonra gəlib Sisiyan da türklərə təhvil verilib, buradan gedin deyəcəksiniz. Bu sərəncamdan sonra erməni tərəfi Gorus və Qafandakı mövqelərindən 25 kilometr geri çəkilib” – Sarkisyan fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*