“Hazırkı vəziyyət Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının nəticəsidir” – Zaxarova / VİDEObackend

"Hazırkı vəziyyət Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının nəticəsidir" - Zaxarova / VİDEO

“Laçın dəhlizindəki mövcud vəziyyət Ermənistanın Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımasının nəticəsidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki,

“Bu, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının təşkialtçılığı ilə iki ölkə liderlərinin iştirakı ilə keçirilən sammitin sonunda qeydə alınıb. Bu, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də verdiyi bəyanatda açıq şəkildə qeyd olunub. Bu kontekstdə məsuliyyəti Rusiyanın sülhməramlı kontingentinin üzərinə qoymaq, məncə, yersizdir, düzgün deyil və əsassızdır”, deyə Zaxarova qeyd edib.

Rusiya XİN rəhbəri bəyan edib ki, hazırda sülhməramlı kontingentin vəzifəsi Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün hər cür yardım göstərməkdir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*