Həbib Nurməhəmmədov Ferqyusonu təhqir etdi – FOTObackend

Həbib Nurməhəmmədov Ferqyusonu təhqir etdi - FOTO

Yüngül çəkidə qarışıq döyüş (MMA) üzrə dünya çempionu, karyerasını başa vuran rusiyalı Həbib Nurməhəmmədov amerikalı MMA ustası Toni Ferqyusonun dünənki müraciətinə cavab verib.

KONKRET.az-ın məlumatına görə, məğlubedilməz döyüşçü amerikalı həmkarına Beneil Dariuşla növbəti qarşılaşmasında uğur arzulayıb və diqqətini həmin duelə yönəltməyə çağırıb. Həbib qeyd edib ki, Ferqyuson “nəcis kimi görünür”.

Xatırladaq ki, dünən 37 yaşlı Ferqyuson Nurməhəmmədovla baxış duelinin videosunu paylaşaraq, “Tezliklə görüşərik”, – yazıb.

Rəqiblər arasında qarşılaşma təxminən bir il öncə baş tutmalı idi. Lakin o zaman pandemiya şəraitindəki qeyri-müəyyənlik səbəbindən rusiyalı döyüşdən imtina etmişdi. oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*