Həbib Nurməhəmmədovun papaqları satışa çıxarılacaqbackend

Həbib Nurməhəmmədovun papaqları satışa çıxarılacaq

Mütləq Döyüşçü Çempionatının (UFC) sabiq çempionu, əlbəyaxa döyüş sənətləri ustası Həbib Nurməhəmmədovun papaqları “Telegram”da hərraca çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bunu “Telegram” messencerinin təsisçisi Pavel Durov elan edib.

Hərracın bu gün Bakı vaxtı ilə 21:00 keçiriləcəyi bildirilir.

“Həbibin əfsanəvi papaqları – adət-ənənə, azadlıq və hörməti simvolizə edən kolleksiya predmetləri “Telegram”da hərraca çıxarılacaq”, – deyə Durov yazıb.

Qeyd edək ki, Həbib UFC-də son döyüşünü 2020-ci ilin payızında keçirib. O, Castin Qeyciyə qalib gəlib və peşəkar idman karyerasını başa vurub. Döyüşçü 2018-ci ildə yüngül çəki kateqoriyasında İrlandiyalı Konor MakQreqora qalib gəlməklə UFC çempionu kəmərini qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*