Həbsdə olan sabiq icra başçısı ECMO cihazına qoşuldubackend

Həbsdə olan sabiq icra başçısı ECMO cihazına qoşuldu

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazına qoşulub.

KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

O bildirib ki, M.Quliyevin səhhətində irəliləyiş yoxdur:

“ECMO cihazına qoşulu vəziyyətdədir. Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*