Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcəkbackend

Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasının Bakıda keçirilməsi gözlənilir.

KONKRET.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə baş tutacaq proses gələn həftəyə təyin edilib.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*