Həbsdən azad edilən sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldubackend

Həbsdən azad edilən sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsinin vaxtı məlum olub.

KONKRET.az-ın məlumatına görə, sabiq icra başçısı sabah saat 17:00-da Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Cinayət işi hakim Bilal Məmmədovun icraatındadır.

Qeyd edək ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Xatırladaq ki, Qoca Səmədov səhhət pisləşdikdən sonra ürəyindən əməliyyat olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*