Həbsxanadan kütləvi qaçış: 129 məhbus öldürüldübackend

Həbsxanadan kütləvi qaçış: 129 məhbus öldürüldü

Bazar ertəsi səhər saat iki radələrində məhbuslar Konqonun paytaxtı Kinşasadakı Makala həbsxanasından qaçmağa cəhd ediblər.

KONKRET.az BBC telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jakmin Şabani Luku Bihanqo bildirib.

“Ölənlərin sayı ilkin olaraq 129 nəfərdir. O cümlədən xəbərdarlıqdan sonra odlu silahdan 24 nəfər həlak olub. Qalanları basırıqdan və boğularaq ölüblər”, – Bihango bildirib.

Bir neçə həbsxana binası, o cümlədən ofislər, qeydiyyat şöbəsi, xəstəxana və ərzaq mağazası var idi.
Amnesty İnternational təşkilatının son hesabatına görə, həbsxana 1500 nəfər üçün nəzərdə tutulsa da, 12 000-dən çox məhbusu saxlayıb. Hüquq müdafiəçilərinin hesabatında Makaladakı “dəhşətli” şərait xüsusi vurğulanıb.
Ədliyyə naziri Konstant Mutamba həbsxanadan qaçmağa cəhdi “əvvəlcədən planlaşdırılmış təxribat aktı” kimi qınayıb. O, ölkədəki həbsxana sıxlığı problemini həll etmək üçün elan etdiyi prokurorlara məhbusları Makala həbsxanasına köçürməyi qadağan edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*