“Heç kim İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz” – Səfirbackend

“Heç kim İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz” - Səfir

“Heç bir üçüncü dövlət İsrail və Azərbaycan arasındakı münasibətlərə qarışa bilməz”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik öz tviter hesabında “Rebuild Karabakh – 2021” sərgisi barədə paylaşdığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, İsrailin hər tərəfindən olan müxtəlif texnologiyaları tətbiq edən şirkətlərin “Rebuild Karabakh” sərgisində təmsil olunması İsrail və Azərbaycan arasındakı dostluq və inkişaf edən münasibətlərin simvoludur.

“Biz bu dostluğu dəyərləndiririk və getdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarışa, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına, İsrail və Azərbaycan arasında daha çox tərəfdaşlıq görəcəyimə ümid edirəm”, – deyə səfir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*