Həftə sonları həddindən artıq yatmaq faydalıdır?backend

Həftə sonları həddindən artıq yatmaq faydalıdır?

Həftə sonları bütün gün ərzində yatmaq vərdişi heç də faydasız deyil.

KONKRET.az lent.az-a istinadən bildirir ki, alimlər bununla bağlı araşdırma aparıblar.

Tədqiqat çərçivəsində alimlər 90 mindən çox britaniyalının rifahı ilə bağlı məlumatları təhlil ediblər. Könüllülərin ümumi sayının təxminən 22%-i gündə 7 saatdan az yatıb.

Nəticədə, tədqiqatçılar belə qənaətə gəliblər ki, əgər həftə sonları cəmi 1 saat 15 dəqiqə çox yatsanız, zərərsiz vərdiş ürək xəstəliklərinin inkişaf riskini 19% azaldacaq.

Alimlər xəbərdarlıq edir ki, həftə sonları yatmaq və iş günlərində kifayət qədər yuxu almamaq orqanizmə pis təsir edir.

Buna görə də yuxu və istirahət rejimini normallaşdırmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*