Həftəsonları mağaza və gözəllik salonları işləyəcək – RƏSMİbackend

Həftəsonları mağaza və gözəllik salonları işləyəcək - RƏSMİ

Xəbər verdiyimiz kimi, yanvarın 25-dən Azərbaycanda ticarət obyektləri (mağazalar), bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilib. Bununla yanaşı, həftəsonu digər qadağaların qüvvədə qaldığı açıqlanmışdı.

KONKRET.az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, 30-31 yanvar tarixləri də daxil olmaqla həftəsonları bu xidmət sahələri fəaliyyət göstərəcək:

“Ticarət obyektləri, bərbərxana və gözəllik salonları həftəsonları da işləyəcəklər. Bu sahədə yerində xidmət bərpa edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*