Həkimlər çaşqınlıq içində: Öldü dedikləri qadın ayağa qalxdıbackend

Həkimlər çaşqınlıq içində: Öldü dedikləri qadın ayağa qalxdı

İspaniyanın şimal-şərqində Nuria şəhəri yaxınlığında həyat yoldaşı ilə dağ gəzintisinə çıxan qadın qar fırtınasına düşüb və bədəni donub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 3 saat sonra xilasedici qruplar tərəfindən helikopterlə xəstəxanaya aparılan 34 yaşlı Audrey Mashın öldüyü bildirilib.

Bədən hərarəti 20,2 dərəcəyə düşən və 6,5 saat ürək döyüntüsü dayanan Maş, xəstəxanada iki həkimin müdaxiləsi ilə həyata qaytarılıb.

11 gündən sonra yürüyərək xətəxanadan çıxan qadının sadəcə əl barmaqlarında uyuşma olduğu deyilir. O, yaşadığı hadisə ilə bağlı heç nəyi xatırlamır. Lakin Audrey Mashın heç bir nevroloji problemi olmadığı qeyd olunur.

Həkimlər belə bir hadisənin İspaniyada ilk dəfə yaşandığını söyləyir.

Bir cavab yazın