Həkimlər Saakaşvilinin vəziyyətinin pisləşdiyini təsdiqləyirlər.
KONKRET.az xəbər verir ki, Tbilisi klinikasında Mixail Saakaşvilinin səhhəti pisləşib. Müalicəyə baxmayaraq, bu gün sabiq prezidenti ziyarət edən şura üzvləri həkimlərin dediklərini təsdiqləyiblər.
Noyabrın 30-da Saakaşvilinin qardaşı keçmiş prezidentin səhhətinin pisləşdiyini və o, artıq müstəqil hərəkət edə bilmədiyini bildirib. Dekabrın 3-də iştirakçıların sabiq prezidentin xarici klinikaya köçürülməsini tələb etdiyi mitinqdə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia tərəfindən də Mixail Saakaşvilinin vəziyyətinin pisləşdiyi bildirilir.
Onunla birlikdə Mixail Saakaşvilini ombudsman aparatının nəzdində yaradılmış tibbi şuranın üzvləri olan həkimlər də ziyarət ediblər. Lomcariya qeyd edib ki, həkimlər Saakaşvilinin vəziyyətinin “çətin və ağır” olduğunu və bir neçə aydan sonra kritik vəziyyətə düşəcəyini bildirirlər.
“Bir neçə dəqiqə Saakaşvili ilə əlaqə saxladım. Ona dedim ki, konsultasiyamın həkimləri gəlib və onu müayinə edəcəklər. Biz də ondan onun vəziyyətini dərc etmək üçün yazılı razılıq almışıq”, – Lomcariya deyib.
“Mixail Saakaşvili klinikaya 116 kiloqram çəki ilə daxil olub, bu gün isə çəkisi 73,6 kiloqramdır, bu, çox ciddi arıqlamadır”, – şuranın üzvü Tengiz Tsuladze Saakaşviliyə klinikada baş çəkdikdən sonra deyib.
Xuraman Etibarlı,
KONKRET.az