Helikopter qəzasında yaralanmış hərbçilər dindirildibackend

Helikopter qəzasında yaralanmış hərbçilər dindirildi

Helikopter qəzasında 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqın hazırkı mərhələsində noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş təlimini həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mi17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilə istisna olunur.

KONKRET.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə brifinqdə bildirib.

Onun sözlərinə görə, hadisənin pilotun ehtiyatsızlığı, texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır. Cinayət işi üzrə Baş Prokurorluğun və DSX rəhbərliyinin, eləcə də Məhkəmə Tibb, Məhkəmə Texniki Yanğını və Məhkəmə ballistik ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən “qara qutu”nun götürülməsi təmin edilməklə hadisənin tədqiqi aparılır. Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla zərərçəkmiş Emin Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, müvafiq ekspertizalar aparılıb, o cümlədən zəruri sorğular verilib. Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir. İstintaq barədə ətraflı məlumatın ictimaiyyətə verilməsi təmin ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*