Helikopter qəzasının şahidi: “Elə bildik raketdir”backend

Helikopter qəzasının şahidi: "Elə bildik raketdir

Brovaridə helikopterin qəzaya uğramasının şahidləri uçan obyektin raket olduğunu düşündüklərini bildiriblər.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, şahidlər hadisə anının detallarını belə xatırlayırlar:

“Güclü gurultu və parlaq işıq var idi. Hadisədən dərhal sonra valideynlər uşaqları qucaqlarına alıb qaçdılar. Görünür, uşaqları bağçaya aparıb qışqıraraq geri qaçıblar”.

Xatırladaq ki, bu gün Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası olub. Nəticədə biri uşaq olmaqla 14 nəfər ölüb, 25 nəfər yaralanıb. Qəzada Ukraynanın daxili işlər naziri Denis Monastırski də həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*