Əyləncədən qadın hüquqlarına qədər bir çox sahədə köklü dəyişikliklər etməyə davam edən Səudiyyə Ərəbistanında qadağaların aradan qaldırılmasından sonra küçələrdə fərqli görüntülər ortaya çıxıb. Ər-Riyadda vətəndaşlar Hellouin bayramını geyim və maskalarla qeyd ediblər.
KONKRET.az “haberler.com“a istinadən xəbər verir ki, görüntülərə etiraz edənlərlə yanaşı, “Əməllər niyyətə görə olur. Sadəcə əylənmək üçün gəlmişəm” deyənlər də olub.
Tədbirlər üçün müxtəlif geyimlər geyinərək üzlərini rəngləyən Səudiyyə vətəndaşları küçələrdə rəngarəng görüntülər yaradıblar.
İqbal Rzayev,
KONKRET.az