HƏMAS-dan Netanyahuya SƏRT CAVAB: “Razılaşmayacağıq”backend

HƏMAS-dan Netanyahuya SƏRT CAVAB: "Razılaşmayacağıq"

Fələstinin HƏMAS hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza ilə bağlı Trampın planına etdiyi dəyişikliklərlə razılaşmayacaq. 

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, Netanyahu Trampın təklif etdiyi planda İsrail Müdafiə Ordusunun Qəzzadan çıxarılma müddətinə və ardıcıllığına, eləcə də gələcək nizamlanmada Fələstin Milli Administrasiyasının roluna dair bir sıra düzəlişlər edib.

“Ərəb ölkələri qeyd edirlər ki, Netanyahunun redaktə etdiyi razılaşma variantını HƏMAS heç vaxt qəbul etməyəcək”, – nəşr diplomatik mənbəyə istinadən yazıb.

Financial Times vurğulayıb ki, İsrail baş nazirinin etdiyi dəyişikliklər planın balansını pozub və bu, mümkün sazişin reallaşmasını son dərəcə çətinləşdirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*