HƏMAS elan etdi: “Bütün uşaqları və qadınları azad etdik”backend

HƏMAS elan etdi: "Bütün uşaqları və qadınları azad etdik"

Fələstinin HƏMAS radikal qruplaşması Qəzza zolağında saxladığı bütün qadın və uşaqları azad etdiyini elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb:

“İsrail qadınların və uşaqların hələ də HƏMAS tərəfində saxlanmasında israr edir, lakin biz onların hamısını təhvil verdiyimizi dedik. Qəzza zolağında qalan məhbuslar isə İsrail ordusunda xidmət etmiş hərbçilər və mülki şəxslərdir”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, hərəkat İsrail Qəzza zolağına hücum edərkən saxlanılan girovları azad etmək niyyətində deyil.

“Hazırda atəşkəslə bağlı heç bir danışıqlar aparılmır. Təcavüz dayandırılmayana və hərtərəfli və yekun atəşkəsə nail olunmayana qədər əsir mübadiləsi olmayacaq” , – deyə mənbə əlavə edib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Həmasın 17 uşaq və qadını azad etməkdən imtina etdiyini açıqlayıb.

“HƏMAS oktyabrın 7-də əsir götürülən bütün qadın və uşaqları geri qaytarmalıdır. Amma onlar bu razılaşmanı pozdu”, – deyə Qalant bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*