HƏMAS heyəti Qahirədə: Atəşkəs…backend

HƏMAS heyəti Qahirədə: Atəşkəs...

HƏMAS Qahirəyə nümayəndə heyəti göndərib. Onlar Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəsin əldə olunmasını müzakirə edəcəklər.

KONKRET.az axar.az-a istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında məlumat verilib.

“Müqavimət hərəkatı HƏMAS-ın rəhbərliyinin nümayəndələri Qahirəyə gəlib və artıq Misir rəsmiləri ilə Qəzzada atəşkəsin əldə olunması, həmçinin israilli girovların fələstinli məhbuslarla mübadiləsi üzrə hərtərəfli razılaşmanın əldə edilməsi istiqamətində danışıqlara başlayıblar”, – deyə məlumatda bildirilib.

HƏMAS qeyd edib ki, onların nail olmağa çalışdığı razılaşma İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılmasını və anklavın bərpasının başlanmasını nəzərdə tutmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*