HƏMAS İsraillə danışıqlarda mövqeyini dəyişməyə hazır olduğunu bildirdibackend

HƏMAS İsraillə danışıqlarda mövqeyini dəyişməyə hazır olduğunu bildirdi

HƏMAS hərəkatı 27 iyul tarixində vasitəçilərə İsraillə atəşkəs və girovların azad olunması məsələsində daha çevik mövqe sərgiləməyə hazır olduğunu çatdırıb. Bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, fələstinli mənbələr hərəkatın İsrailin bu gündən elan etdiyi humanitar fasilə çərçivəsində döyüş əməliyyatlarını müvəqqəti dayandırmağı da nəzərdən keçirdiyini bildiriblər.

Qeyd edək ki, fasilə çərçivəsində İsrail, BƏƏ və İordaniya Qəzza zolağına humanitar yardım paketləri atıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*