“HƏMAS razılaşmanı pozdu” – Netanyahubackend

“HƏMAS razılaşmanı pozdu” - Netanyahu

“HƏMAS razılaşmanı pozdu”.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O, HƏMAS-ın daha heç bir israilli girovu azad etmək istəmədiyini, bunun atəşkəs şərtlərinin pozulması demək olduğunu bildirib.

Netanyahu vurğulayıb ki, HƏMAS razılaşdığı kimi bütün qadın girovları azad etməyib və İsrailə raket zərbələri endirməyə davam edib.

“Girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzzanın İsraildə yaşayanlar üçün bir daha heç vaxt təhlükə yaratmamasını təmin etmək kimi məqsədlərə çatmaqda qərarlı olduğumuzu bildiririk”, – deyə Netayahu əlavə edib.

Xatırladaq ki, İsraillə HƏMAS arasında 7 gün davam edən atəşkəs bitib və müharibə yenidən alovlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*