“Həmin ərazidə palçıq vulkanı yoxdur” – DAHA BİR AÇIQLAMAbackend

"Həmin ərazidə palçıq vulkanı yoxdur" - DAHA BİR AÇIQLAMA

“Hazırda SOCAR-la əlaqə saxlayır, həmin ərazidə palçıq vulkanı yoxdur!”.

KONKRET.az xəbər verir ki, AMEA-nın Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib. Onun sözlərinə görə, “Vulkan o ərazidə yoxdur. Amma yenə məsələ dəqiqləşdirilir”. Əliyev partlayışın gəmidə baş verə biləcəyi ehtimalını irəli sürüb.

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə “Azneft”in balansında olan neft və qaz yataqları ilə əlaqə saxladığını deyib: “Hətta “Bahar əməliyyat şirkəti” ilə də danışmışam. Onların platformasında salamatlıqdır, heç bir hadisə baş verməyib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bunları bildirib:

“Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.
Mütəxəssislərin ilkin ehtimalına görə partlayışa səbəb vulkan püskürməsidir.”

“Ümid” dəniz strukturu

“Ümid” dəniz strukturu Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində qaz yatağıdır.

“Ümid” yatağı 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib.

O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir (“Bulla-dəniz” yatağının 15 kilometrliyində). 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb.

2009-cu ilin iyununda “Ümid” dəniz strukturunda işlərin görülməsi üçün SOCAR “Ümid” MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i “Nobel Oil Exploration & Production” (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur.

2009-cu ilin avqustunda “Sahil” qazma işləri idarəsi (SOCAR-ın strukturu) “Ümid”də kəşfiyyat quyusu qazmağa başladı. Qazma işləri dənizin 58 metr dərinliyində quraşdırılan “Ümid-1” stasionar platformasından həyata keçirilirdi. Bu cür qazmanın əhəmiyyəti ondadır ki, sonradan bu platformadan daha 6 quyu qazmaq imkanı var, bu isə çəkilən xərcləri 2-3 dəfə azaldır.

2010-cu il noyabrın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: “2009-cu ilin avqustundan bəri “Ümid” dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib”.

“Günəşli” neft yatağında yanğın

“Günəşli” neft yatağında yanğın 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itgin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.

Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*