“Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik” – Emin Mahmudovbackend

"Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik" - Emin Mahmudov

“Sabah güclü rəqiblə qarşılaşacağıq. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi rəqibin keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildirib:

“İsveç iddialı komanda olsa da, məqsədimiz yalnız qələbədir. Səfərdəki qarşılaşmada yaxşı oyun nümayiş etdirə bilməmişdik. Bu isə komandaya pis təsir etmişdi. Top daha çox bizdə oldu, 60-cı dəqiqəyə qədər yaxşı müdafiə olunduq, amma ağır məğlubiyyətlə üzləşdik. Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq Azərbaycan – İsveç görüşü saat 21:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*