Həmyerlisini öldürən Samux sakini tutuldubackend

Həmyerlisini öldürən Samux sakini tutuldu

Samuxda 31 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb.

KONKRET.az-ın xəbərinə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən 1983-cü il təvəllüdlü Vüqar Həsənov tutulub.

O, mübahisə zəminində rayonun Sərkar kənd sakini, 1990-cı il təvəllüdlü Elşən Məmmədovu bıçaqlayıb. Xəsarət alan E.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*