Hər il yol qəzalarında bu qədər insan ölür – STATİSTİKAbackend

Hər il yol qəzalarında bu qədər insan ölür - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT) 2005-ci ildə qəbul etdiyi qərarla noyabr ayının 3-cü bazar günü “Yol qəzası qurbanlarının anım günü” kimi müəyyən edilib.

KONKRET.az TRT Haber”ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. Bu statistika hər gün təxminən 3600 insanın yollarda öldüyünü göstərir.

Bildirilir ki, qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir.

Bundan əlavə, kişilər qadınlara nisbətən yol qəzalarına daha çox məruz qalırlar. Qəzalarda həyatını itirənlərin təxminən dörddə üçü 25 yaşdan aşağı kişilərdir.

– Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti, 93 faizi dünya avtomobillərinin təxminən 60 faizinə sahib olan aşağı və orta gəlirli ölkələrdə baş verir.

– Yol-nəqliyyat hadisələrinin 26%-i yüksək sürət səbəbindən baş verir.

– Qəzaların yüzdə 9-u telefondan istifadə kimi diqqəti yayındıran davranışlardan qaynaqlanır.

– Avropadakı ən çox yol qəzalarında ölənlər Rumıniyadadır. Onlayn statistika portalının məlumatına görə, 2021-ci ildə Rumıniyada hər 1 milyon nəfərədən 93-ü yol qəzaları nəticəsində dünyasını dəyişib. Bu rəqəm Bolqarıstanda 81, Latviyada 78, Monteneqroda 72, Polşada 59, Yunanıstanda 57 nəfərdir.

– ABŞ yüksək gəlirli ölkələr arasında ən çox ölümlə nəticələnən qəzaların baş verdiyi ölkədir. 2022-ci ilin birinci rübündə ölkədə qəza nisbətləri son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Bu ilin ilk 3 ayında ABŞ-da yol qəzalarında ölənlərin sayı ötən illə müqayisədə 7 faiz artaraq 9500-ə çatıb.

– Türkiyədə 2021-ci ildə 1 milyon 186 min 353 yol qəzası baş verib, bunun 187 min 963-ü ölüm və yaralanma ilə nəticələnib. Qəzalarda həyatını itirənlərin 47,6 faizini sürücülər, 30,3 faizini sərnişinlər, 22,1 faizini isə piyadalar təşkil edib. Bundan başqa, həyatını itirənlərin 70,5 faizini kişi, 29,5 faizini isə qadınlar təşkil edib. Hadisələrin 87,1 faizi sürücülərin səhvi ucbatından baş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*