“Hər şeyin təzəsi, dostun köhnəsi” – Putindən Kim Çen Ina ETİRAFbackend

“Hər şeyin təzəsi, dostun köhnəsi” - Putindən Kim Çen Ina ETİRAF

“Mənim Rusiyaya səfərim Pxenyan və Moskva arasında əlaqələrin qırılmaz strateji əməkdaşlıq münasibətlərinə çevrilməsi üçün mühüm məqam olacaq”.

KONKRET.az  xəbər verir ki, bu sözləri Şimali Koreya prezidenti Kim Çen In bildirib.

Putinlə Koreya yarımadasındakı və Avropadakı hərbi-siyasi vəziyyəti dərindən müzakirə etdik, strateji-taktiki əməkdaşlığın daha da gücləndirilməsi, suveren təhlükəsizlik hüququnun qorunması uğrunda mübarizədə həmrəyliyin dəstəklənməsi, təminatların yaradılması ilə bağlı qənaətbəxş konsensus əldə etdik.

Putin qeyd edib ki, Kim Çen In respublikanın keçmiş ali liderləri Kim İr Sen və Kim Çen İrin işlərinin davamçısıdır, onlar  Rusiya ilə səmimi dost və sıx münasibətlərin qurulmasının tərəfdarı olublar.

“Siz Koreya Xalq Demokratik Respublikasının qurucuları tərəfindən qoyulmuş kursu qətiyyətlə və inamla davam etdirirsiniz… Koreyada belə bir məsəl var: “Hər şeyin təzəsi, dostun köhnəsi”. Xalqımız arasında isə deyirlər: “Köhnə dost iki yeni dostdan yaxşıdır”, Bu xalq müdrikliyi ölkələrimiz arasında müasir münasibətlərə tam uyğundur”, – deyə Putin vurğulayıb.

Qeyd edək ki, KXDR lideri 2019-cu ildən bəri ilk dəfə  Rusiyaya özünün məşhur zirehli qatarı ilə gəlib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*