“Hərbçilərimiz araşdırır, təsdiqlənsə…” – Peskov Polşanı HƏDƏLƏDİbackend

“Hərbçilərimiz araşdırır, təsdiqlənsə…” - Peskov Polşanı HƏDƏLƏDİ

“Rusiya hərbçiləri Polşanın ölkədə nüvə silahı yerləşdirmək niyyətinin ciddiliyini araşdıracaq və nəticədən asılı olaraq Rusiya Federasiyasının təhlükəsizliyinə zəmanət verəcək addımlar atılacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.

Xatırladaq ki, Polşa prezidenti Anjey Duda ölkəsinin ABŞ-nin nüvə başlıqlarını yerləşdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, son vaxtlar ölkələr bu məsələ ilə bağlı fəal danışıqlar aparır.

“Hərbçilər bu cür hərəkətlərin həyata keçirilməsinin mahiyyətini təhlil edəcəklər. İstənilən halda təhlükəsizliyimizi təmin etmək üçün konkret addımlar atılacaq”, – Peskov Polşanın planlarına cavab verib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*