“Xüsusilə cahillər üçün deyəcəyəm ki, Əliyev bizim əvəzimizə ordumuzla bağlı qərarlar verməyə başladı. Əliyev bildirdi ki, müharibə bitdiyindən Ermənistana ordu lazım deyil”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, hərbi ekspert, Güclü Ermənistan Ordusu ictimai təşkilatının rəhbəri Karen Ovannisyan həyəcan təbili çalıb.
O vurğulayıb ki, “Xain xuntaya, türk agentlərinə məlumat üçün deməliyəm ki, ordu nəinki güclənəcək və modernləşəcək, həm də bağışlanan Vətəni azad edəcəkdir.
P.S.Qoy heç kim bir sıra səfirliklərdən alınan türk qrantları üçün burada demoqogiya yaymağa çalışmasın…”.
Rəsmiyyə Şərifova,
KONKRET.az