Hərbi gəmi batdı: 31 nəfər İTKİN DÜŞDÜ – VİDEObackend

Hərbi gəmi batdı: 31 nəfər İTKİN DÜŞDÜ - VİDEO

Göyərtəsində 106 hərbçinin olduğu Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus “Sukhothai” korveti Siam boğazında fırtına zamanı batıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tailand Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 75 nəfər xilas edilib, 31 hərbçi isə itkin düşüb.

Hərbi Dəniz Qüvvələri hadisə yerinə gəmilər və helikopterlər göndərib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, ABŞ istehsalı olan “Sukhothai” korveti 1987-ci ildən Tailand Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*