Hərbi Qənimətlər Parkına münasibət necədir? – SORĞUbackend

Hərbi Qənimətlər Parkına münasibət necədir? - SORĞU

Azərbaycanda Hərbi Qənimətlər Parkına olan münasibət açıqlanıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.

Qeyd olunur ki, ali təhsilli respondentlər arasında parkın açılmasına dair məlumatlılıq səviyyəsi daha yüksək olduğu halda, ən aşağı göstərici orta təhsilli respondentlər üzrədir.

Bakı və Aran iqtisadi rayonunda əhalinin 70 %-dən çox hissəsi parkın açılmasından xəbərdardır. Bu da digər regionlardan ən azı 10 % daha yüksəkdir. Aylıq gəlir artdıqca məlumatlılıq səviyyəsi yüksəlir.

Parkın açılmasına münasibətə gəlincə, əksəriyyət (86 %) parkın açılmasına müxtəlif dərəcələrdə yaxşı münasibət bildirsə də, 7 % respondent neytral mövqedədir.

Yuxarı Qarabağ (Bərdə ətraf rayonlar), Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonuna aid olan respondentlərin daha böyük hissəsi digər ərazilərə nisbətdə parkın açılmasına müsbət münasibət göstərir.

Müsbət münasibət göstərən respondentlərin təxminən 65 %-i parkı qələbəmizin rəmzi kimi görür.

Hərbi Qənimətlər Parkının yaradılmasını erməni ordsunun gücsüzlüyü kimi hesab edən respondentlərin sayı 53 faizə bərabərdir. (Nəticələr ayrı qiymətləndirildiyi üçün 100 faizdən yuxarı ola bilər)

Sorğu keçirildiyi müddətdə respondentlərin cəmi 5 %-i Hərbi Qənimətlər Parkını ziyarət etdiyini bildirib. Parka getməyənlərin 71 %-i oraya ziyarəti planlaşdırsa da, 21,6 % neytral düşüncəyə sahibdir.

Bakıda yaşayanların 12,5 %-i parkı ziyarət edib ki, bu da digər bölgələrə nisbətdə 2 dəfədən çoxdur.

Qeyd edək ki, STM ölkənin 8 iqtisadi-coğrafi rayonunda 1121 respondentin rəyini öyrənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*