Ermənistan parlamenti hakim fraksiyadan deputat Hayk Sarkisyanın təşəbbüsü ilə irəli sürülən “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.
KONKRET.az xəbər verir ki, layihəni birinci oxunuşda 63 deputat dəstəkləyib, 25 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.
Qanun layihəsinə əsasən, 27 yaşına çatan və hərbi xidməti başa vuran vətəndaşlara aşağıdakı hallarda cinayət məsuliyyətindən azad olmaq imkanı veriləcək. Bunlar iki il xidmət edənlər, bir il xidmət və dövlət büdcəsinə 2,5 milyon dram ödəyənlər, 6 ay xidmət və 5 milyon dram ödəyənlər, bir ay xidmət edib 10 milyon dram ödəyənlər və 15 milyon dram ödəyənlərdir.
Vəli Həsənov,
KONKRET.az