Hərbi xidmət könüllü olacaq – Maraqlı qərarbackend

Hərbi xidmət könüllü olacaq - Maraqlı qərar

Fransa Prezidenti Emmanuel Makron ölkədə könüllü hərbi xidmət proqramının başladıldığını elan edəcək.

KONKRET.az xəbər verir ki, ilkin plana əsasən, proqram çərçivəsində könüllülər 10 aya qədər xidmət edəcək və bunun müqabilində pul mükafatı alacaqlar.

Makron media ilə müsahibəsində qeyd edib ki, proqram iştirakçıları Ukraynadakı döyüş bölgələrinə göndərilməyəcək:

“Burada tamamilə fərqli bir təşəbbüsdən söhbət gedir,” – deyə o bildirib.

AFP agentliyinin məlumatına görə, proqramın ilk ilində 2-3 min könüllünün cəlb olunması planlaşdırılır. Gələcəkdə bu sayın illik 50 min nəfərə qədər artırılması nəzərdə tutulur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*