Həsən Həsənovun arxeoloq oğlu AMEA-da baş verənlərdən danışdıbackend

Həsən Həsənovun arxeoloq oğlu AMEA-da baş verənlərdən danışdı

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun İcraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov AMEA-nın alimlərinin Ramiz Mehdiyevi istefaya çağırmasına münasibət bildirib.
Ramiz Mehdiyev istefaya getməlidirmi?

AMEA prezidentinin istefasına yönələn çağırışlarla bağlı KONKRET.az-a danışan Z.Həsənov bildirib ki, Ramiz Mehdiyevin istefası ilə bağlı qərarı yalnız akademiklər verə bilər:

“Belə bir qərarı mənim səviyyəli alimlər qəbul eləmir. Ancaq onu deyim ki, AMEA-dakı elmlə bağlı durumun səviyyəsi yetərli qədər yüksək deyil”.

Qeyd edək ki, Z.Həsənov Azərbaycanın Polşadakı sabiq səfiri Həsən Həsənovun oğludur.

P.S. Müsahibimiz tarixçi-arxeoloq alim Zaur Həsənovun fotosunu götürmək üçün internetə axtarış etməli olduq. Ancaq ziddiyyətli və maraqlı məqamlarla qarşılaşdıq.

Belə ki, Z.Həsənovun Vikipediyasında onun Azərbaycan Tibb Universitetini və ABŞ-ın Nortvestern Universitetinin Kellogg Ali Menecment Məktəbinin magistraturasını bitirdiyi qeyd olunub. Məntiqlə yanaşanda, Z.Həsənov ya tibb işçisi olmalı idi (hətta bu sahədə alim), ya da menecment-biznes sahəsində çalışa bilərdi. Ancaq maraqlıdır ki, o, dissertasiya müdafiə edərək tarix üzrə alimlik dərəcəsi alıb. Bax, bu necə mümkün olub, bu məsələyə yalnız özü aydınlıq gətirə bilər. Bəlkə də onun tarix ixtisası üzrə də diplomu var, amma Vikipediyada qeyd olunmayıb.

Hər halda çox ziddiyyətli məsələdir və KONKRET.az olaraq bu məsələnin araşdırılması bizim də maraqlarımız çərçivəsindədir.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Z.Həsənovun fikirlərini dərc etməyə hazırıq…

Ənvər Şüküroğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*