Heydər Əliyev Fondu – Hər bir azərbaycanlının ümid yeribackend

Heydər Əliyev Fondu – Hər bir azərbaycanlının ümid yeri

Artıq 20 ildir may ayının 10-da iki əlamətdar hadisə – müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum və Heydər Əliyev Fondunun fəaliyyətə başladığı günlər qoşa qeyd edilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında 2004-cü ildən uğurla fəaliyyət göstərən bu qeyri-hökumət təşkilatı cəmiyyətimizin ictimai-siyasi və humanitar həyatında flaqman rolunu oynamaqdadır.

Heydər Əliyev Fondu: Xeyirxahlığın, inkişafın, diqqətin ünvanı

Fond yarandığı ilk gündən incə zövq və məharətlə adı Azərbaycan və türk tarixinə görkəmli dövlət xadimi və milli lider kimi həkk olunmuş Heydər Əliyevin zəngin mənəvi və siyasi irsinin, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində misilsiz layihələr həyata keçirir. Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrə dair müxtəlif layihələri ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Heydər Əliyev Fondu öz genişmiqyaslı fəaliyyəti və əhatə dairəsi ilə təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan ilk milli qeyri-hökumət təşkilatımızdır. Bəlkə də bəziləri düşünə bilərlər ki, bu, Mehriban Əliyevanın birinci xanım olması ilə əlaqədardır. Amma dünyanın inkişaf etmiş ölkələrinin birinci xanımlarının fəaliyyətinə qısa nəzər salmaq kifayətdir ki, bunun belə olmadığını anlayasan. Əminliklə demək olar ki, heç bir birinci xanım Mehriban xanım Əliyeva qədər çoxşaxəli fəaliyyət göstərmyi bacarmır. Heydər Əliyev Fondunun ölkədə və dünyada şöhrət qazanması Mehriban xanımın zəhmətdən qorxmaması, düzgün idarəetməni təşkil etməsi, hədəfləri dəqiq müəyyənləşdirməsi, hər bir işə müdrikliklə və fədakarlıqla yanaşmasının nəticəsidir.

İllər öncə tanış xanım jurnalistlərdən biri Mehriban xanım haqqında danışarkən belə fikir işlətmişdi: “Onun yerinə başqası olsaydı, vaxtını yalnız özü üçün yaşamağa sərf edərdi. Amma Mehriban xanımın qollarını çırmayaraq zəhmətə qatlaşması, ölkəmizin və insanların mənafeləri naminə Prezidentlə çiyin-çiyinə fəaliyyət göstərməsi, üstəlik, gənc yaşda ana və nənə olması insanı valeh edir”.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərməliyik" - MM-də TƏKLİF

Bütün bunlar isə gözəl ailə ənənələrinə, yüksək savada və biliyə malik, hər bir işi ilə xalqa nəciblik, mərhəmət, xeyirxahlıq hissləri aşılayan Mehriban xanımın həm də böyük vətənpərvər olmasından irəli gəlir. Bəlkə də çoxları xatırlayır, Prezident qələbəmizdən sonra ilk dəfə maşınla azərbaycanlılar üçün böyük rəmzi məna daşıyan Xudafərin körpüsünə yaxınlaşanda Mehriban xanımın “bəlkə düşüb piyada gedək” söyləməsi çox adamı duyğulandırmışdı.

Ən əsası isə Mehriban Əliyevaya siyasətçi və dövlət xadimi kimi ucalıq gətirən bir əsas məqam var. O, işğal altında olan torpaqlarımızın azad ediləcəyi ilə bağlı dəqiq proqnoz səsləndirən ilk xanım siyasətçidir. Bu, 2019-cu il aprelin 3-də baş verdi. Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşərkən Mehriban Əliyevanın “Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq” proqnozunun 1 il 7 ay sonra – 2020-ci il noyabrın 10-da reallığa çevrilməsi inanılmaz və misli-görünməmiş hadisə oldu.

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin miqyası elə genişdir ki, adlarının bir məqalədə sadalanması qeyri-mümkündür. Odur ki, qısaca da olsa, Fondun son illərdə həyata keçirdiyi bəzi layihələri xatırladaq.

Fondun dəstəyi və təşkilatçılığı ilə mədəniyyət paytaxtımız Şuşada Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş Köçərli küçəsindəki üç yaşayış binası bərpa olunub, hazırda “Yasəmən” oteli üçün istifadəyə verilib. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin heykəli, Mehmandarovların malikanə kompleksi, Yaradıcılıq Mərkəzi, Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarı bərpa olunub.

Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür

Ağdam şəhərində yerləşən Cümə məscidi bərpa olunub. Heydər Əliyev Fondu burada da ənənəsinə sadiq qalıb. İşğal dövründə – 2000-ci il mayın 9-da Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası indi orada nümayiş etdirilir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya klassik musiqisinin şah əsərlərindən biri – görkəmli bəstəkar, xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən Bakıda səhnəyə qoyulub.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkəmiz 60-cı Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə bölməsində yerləşən “Azərbaycan otağı” təmir-bərpa işlərindən sonra təhvil verilib. “Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü-tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib. Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunub. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub

Mehriban xanımın təbirincə desək, Heydər Əliyev Fondu kimi qeyri-hökumət təşkilatı ilə biz hər zaman tarixi, mədəni və dini abidələrimizin qorunmasına nail olacaq, Azərbaycanın adının və bayrağının yüksəklərə ucaldılmasına şahidlik edəcəyik.

Xatirə SADİQ,

KONKRET.az

P.S.KONKRET.az saytının kollektivi ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, cansağlığı, uzun ömür, xoşbəxtlik, bu nəcib missiyasında ona davamlı uğurlar arzulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*