KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, sözügedən fotolar izləicilər tərəfindən maraqla qarşılanıb.
Fotoşəkillərdə gələcəyin dövlət başçısı sadə sovet ailəsində böyüyən, həyətdə oynayan, məktəbə gedən sıradan bir uşaq kimi görünür. Sıravi həyat tərzi, sadə geyimlər və nostalji ab-hava fotoşəkillərdə aydın hiss olunur.
Ekspertlər bildirirlər ki, bu fotolar Putinin formalaşdığı sosial mühiti, Sovet dövrünün təsirlərini və onun gələcək liderlik xüsusiyyətlərinin təməlini anlamaq baxımından maraqlı vizual materialdır.