Şabran rayon ərazisində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Novruz Dostəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi külli miqdarda ümumi çəkisi 250 kiloqram yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri, 5 ədəd quru vəziyyətdə çətənə bitkiləri aşkar olunaraq götürülüb.
Bundan başqa həmin şəxsin yaşadığı evə baxış zamanı külli miqdarda kustar üsulla hazırlanmış marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.

